Millimiz Macarıstanda təlim-məşq toplanışı keçir

Yunan-Roma güləşi üzrə U-17 millimiz oktyabrın 9-dan Macarıstanın paytaxtı Budapeştdə təlim-məşq toplanışına başlayıb.

Ayın 18-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Taleh İsrafilov və məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında 12 yeniyetmə idmançımız iştirak edir.

Bir neçə ölkənin komandasının qatıldığı birgə təlim-məşq toplanışına 100-dən artıq güləşçi cəlb edilib.

Xatırladaq ki, U-17 millimiz bu il həm Avropa, həm də dünya çempionatında komanda hesabında ikinci yeri tutub.

Müəllif: Natiq NƏSİROV