Avropa kuboku: Bir boksçumuz finalda döyüşəcək, 4-ü bürünc qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə Avropa kubokunda yarımfinal mərhələsi başa çatıb. Azərbaycan millisinin 1 üzvü finala yüksəlib.

63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov həlledici görüşdə qüvvəsini sınacaq. Boksçumuz çempionluq üçün Qabil Məmmədovla (Rusiya) mübarizə aparacaq.

Digər boksçularımızdan Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb. Bu görüşlərdə rəqiblər mərhələ adladığından boksçularımızın 4-ü də Avropa kubokunu bürünc medalla başa vurub.

Müəllif: Natiq NƏSİROV