Kapoeyraçılarımızın Tallin uğuru - 9 medal

ESTAFET/ Kapoeyra üzrə yığma komandamız 13-16 oktyabr tarixlərində Estoniyanın Tallin şəhərində keçirilən “Tallin cup” beynəlxalq turnirində böyük uğura imza atıb. Belə ki, komandamız 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq ölkəmizi ən layiqli şəkildə təmsil edib. Nailiyyət qazanan idmançıların siyahısını təqdim edirik:

Qızıl Medallar 
Fikrət Dadaşov
Mehriban Hacıbabayeva
Əli Tağızadə
Asya Atayeva 
Fərid Səlimov

Gümüş Medallar:
Fərid Allahverdiyev 
Azər Orucov

Bürünc Medallar
Davud Hüseynli
Dilqəm İsmayılov

Əlavə olaraq qeyd edək ki, Fərid Səlimov turnirin ən yaxşı idmançısı seçilib.

Müəllif: Bəhruz MƏMMƏDOV