GƏNC CÜDOÇULARDAN UĞURLU BAŞLANĞIC

ESTAFET/ Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib. Mötəbər birinciliyin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

 

Gənclərdən ibarət milli komandamız aktivinə 2 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıb. Milli komandamızın üzvləri Nəzakət Əzizova (52 kq) və Kəramət Hüseynov (60 kq) bütün rəqiblərinə qalib gələrək Berlində qızıl medala sahib olublar. 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva yalnız finalda uduzaraq gümüş medal qazanıb. 66 kq çəki dərəcəsində yarışan Yaqub Cavadov Avropa kuboku yarışında bürünc medala layiq görülüb.

 

Beləliklə gənc cüdoçularımız Berlin turnirinin ilk günündə 4 medal qazanıblar.