MACARISTAN QRAN PRİSİ 2017 - FORMULA 1

ESTAFET/ Bu gün Formula 1 yarışlarında mövsümün on birinci mərhələsi olan Macarıstan Qran Prisi başa çatıb. Sizləri Hunqarorinq trasında qeydə alınan nəticələrlə tanış edirik.
|
FORMULA-1: PIRELLI MAGYAR NAGYDİJ 2017 |
||||
|
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
|
28-30.07.2017 |
Hunqarorinq |
4 381 m |
70 |
306.630 km |
|
GÜNƏŞLİ, QURU. HAVA +30...31 C, TRASS +55...52 C |
||||
Görünür Silverstounda "Mercedes" komandasının dubl etməsi Hunqarorinq trasında "Ferrari" üçün bir stimul rolunu oynayıb. Belə ki, Macarıstanda ilk pilləni komandanın alman pilotu, 2 dəfə Dünya çempionu Sebastyen Fettel 1.39:46:713 vaxt göstəricisi ilə qazandı. Qeyd edək ki, bu, Fettelin karyerasında 46-cı, mövsümdə isə 4-cü qələbəsidir. Onun komanda yoldaşı, fin pilot Kimi Raykkonen +0,908 saniyə geriliklə podiumun ikinci pilləsində qərarlaşaraq "Ferrariyə" mövsümdə ikinci dubl gerçəkləşdirməyə kömək edib. Kiminin həmyerlisi, "Mercedes"in pilotu Valtteri Bottas liderdən +12.462 saniyə geriliklə finişi üçüncü keçib.
.jpg)
Mərhələnin ən yaxşı dövrəsini "McLaren" pilotu Fernando Alonso edib: 1:20.182 (69-cu dövrədə 196.697 km.s)
Yürüşün nəticələri:
| № | Pilot | Komanda | Vaxt | Sürət | Pit |
| 1 | Fettel | Ferrari | 1.39:46.713 | 184.386 | 1 |
| 2 | Raykkonen | Ferrari | +0.908 | 184.358 | 1 |
| 3 | Bottas | Mercedes | +12.462 | 184.003 | 1 |
| 4 | Hemilton | Mercedes | +12.885 |
183.990 |
1 |
| 5 | Ferstappen | Red Bull | +13.276 | 183.978 | 1 |
| 6 | Alonso | McLaren | +71.223 | 182.218 | 1 |
| 7 | Sayns | Toro Rosso | +1 dövrə | 181.458 | 1 |
| 8 | Peres | Force India | +1 dövrə | 181.427 | 1 |
| 9 | Okon | Force India | +1 dövrə | 181.163 | 1 |
| 10 | Vandorn | McLaren | +1 dövrə | 181.145 | 1 |
| 11 | Kvyat | Toro Rosso | +1 dövrə | 180.913 | 1 |
| 12 | Palmer | Renault | +1 dövrə | 180.899 | 1 |
| 13 | Maqnussen* | Haas | +1 dövrə | 180.801 | 1 |
| 14 | Stroll | Williams | +1 dövrə | 180.186 | 1 |
| 15 | Verlyayn | Sauber | +2 dövrə | 178.367 | 2 |
| 16 | Erikson | Sauber | +2 dövrə | 177.851 | 2 |
| 17 | Hyulkenberq | Renault | +3 dövrə | 180.090 | 1 |
* Hyulkenberqlə yaşadığı insident səbəbindən Maqnussen 5 saniyəlik cəzalandırılıb.
MÖVSÜMÜN 11 MƏRHƏLƏSİNDƏN SONRAKI SIRALAMALAR
Şəxsi birincilik - TOP 10
| № | Pilot | Ölkə | Komanda | Xal |
| 1 | Fettel | Scuderia Ferrari | 202 | |
| 2 | Hemilton | Mercedes AMG | 188 | |
| 3 | Bottas | Mercedes AMG | 169 | |
| 4 | Rikkardo | Red Bull Racing | 117 | |
| 5 | Raykkonen | Scuderia Ferrari | 116 | |
| 6 | Ferstappen | Red Bull Racing | 67 | |
| 7 | Peres | Sahara Force India | 56 | |
| 8 | Okon | Sahara Force India | 45 | |
| 9 | Sayns | Scuderia Toro Rosso | 35 | |
| 10 | Hyulkenberq | Renault Sport | 26 |
Konstruktorlar (Mühərrik) Kuboku - TOP 5
| № | Komanda | Mühərrik | Xal |
| 1 | Mercedes AMG Petronas | Mercedes | 357 |
| 2 | Scuderia Ferrari | Ferrari | 318 |
| 3 | Red Bull Racing | TAG Heuer | 184 |
| 4 | Sahara Force India | Mercedes | 101 |
| 5 | Williams Martini Racing | Mercedes | 41 |
