Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycanda atıcılıq üzrə Dünya Kuboku mərhələsi keçirilə bilər -
Azərbaycanda atıcılıq üzrə Dünya Kuboku mərhələsi keçirilə bilər

Azərbaycanda atıcılıq üzrə Dünya Kuboku mərhələsi keçirilə bilər.

Bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, adıçəkilən yarışın 2024-cü ilin mayında təşkili planlaşdırılır: “Bu isə böyük yarış hesab olunur. Buna görə də, qarşıdakı illərdə Avropa çempionatının Azərbaycanda keçirilməsi nəzərdə tutulmur”.

Baş katib Bakıda təşkil olunan Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında müzakirə olunacaq məsələlər barədə də məlumat verib: “Baş assambleyada əsasən növbəti illərdə Avropa ölkələrində inkişaf planı müzakirə ediləcək. Eyni zamanda, 2027-ci ilə qədərki Avropa çempionatlarının hansı ölkələrdə keçiriləcəyi ilə bağlı səsvermə olacaq. Həmçinin, son iki ildə Avropa Atıcılıq Konfederasiyasında və qitə ölkələrində görülən işlər barədə hesabatlar veriləcək”.

(Report)

Müəllif: Bəhruz MƏMMƏDOV