Atıcılıq üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib

2026 və 2027-ci illərdə keçiriləcək atıcılıq üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

Bu barədə Bakıda təşkil olunan Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında qərar verilib.

Qərara əsasən, 2026-ci ildə güllə atıcılığı üzrə qitə birinciliyi Estoniyada, stend atıcılığı yarışı isə Yunanıstanda reallaşacaq. Səsvermənin nəticəsinə əsasən, 2027-ci ildəki Avropa çempionatı müvəqqəti təsdiqlə Finlandiyaya həvalə olunub. Çünki adıçəkilən ölkədə atıcılıq kompleksi hələ tam hazır deyil.

2026-ci ildə Finlandiyadakı kompleksə son baxış keçirildikdən sonra yekun qərar veriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV