DÇ-nin ilk günündə beş güləşçimiz qüvvəsini sınadı

ESTAFET/ Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatı start götürüb.

Bu gün sərbəst güləş üzrə Azərbaycan millisinin 5 üzvü mübarizə aparıb.

61 kq

Ceyhun Allahverdiyev türkiyəli Emre Kurala 4:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Tairbek Jumasbekə məğlub olub - 5:8.

74 kq

Cəbrayıl Qadjiyev 1/8 finalda hindistanlı Navin Navinə uduzub – 3:5.

86 kq

Arseni Djioyev debütdə ermənistanlı Muşeq Mkrtçyana heç bir şans tanımayıb – 10:0. Ancaq 1/4 finalda rusiyalı Arslan Baqayevlə bacarmayıb – 0:6.

92 kq

Abdulcəlil Şabanov startda Şimali Makedoniya təmsilçisi Recep Haydaridən güclü olub – 4:1. Həmyerlimiz 1/4 finalda moldovalı Yon Demyana məğlub olub – 2:12.

125 kq

Vaxit Qalayev 1/8 finalda kanadalı Karanvir Mahili mübarizədən kənarlaşdırıb - 4:0. Ancaq yarımfinal yolunda türkiyəli Adil Mısırcıya uduzub – 0:11.

Təmsilçilərimizin rəqibləri finala yüksəlsə, güləşçilərimiz sabah təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.

Müəllif: Natiq NƏSİROV