Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

ESTAFET/ 23 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 10 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Qadınlar
48 kq
Leyla Əliyeva - Mireya Lapuerta Komas (İspaniya)
52 kq
Gültac Məmmədəliyeva - Annika Vurfel (Almaniya)
Aydan Vəliyeva - Çarne Qrisel (Cənubi Afrika Respublikası)
57 kq
Fidan Əlizadə - Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri)

Kişilər
60 kq
Rövşən Əliyev - Ayub Bliyev (Fərdi Neytral İdmançılar)
Əhməd Yusifov – Adel Hamada (Misir)
66 kq 
Kəramət Hüseynov - Daiki Bouba (Fransa)
Ruslan Paşayev - Matteo Piras (İtaliya)
73 kq
İbrahim Əliyev - Ayub Xazaliyev (Fərdi Neytral İdmançılar)
Rəşid Məmmədəliyev - Biaslan Blimqotov (Bəhreyn)
90 kq 
Elcan Hacıyev - Daniel Nieto Trinidad (İspaniya)
Vüqar Talıbov - Caxonqir Maxidov (Tacikistan)
100 kq
Camal Qamzatxanov - Lukas Krpalek (Çexiya)
Uşanqi Kokauri - Yerassul Kazbayev (Qazaxıstan)

Müəllif: Natiq NƏSİROV