Ümumdünya Cüdo Günü - Dostunu Gətir!

28 oktyabr Ümumdünya Cüdo Günü ərəfəsində Beynəlxalq Cüdo Federasiyası (BCF) cüdo idman növü ilə bağlı məlumatlığın artırılması məqsədi ilə “Dostunu gətir” kampaniyasına start verib.

Layihənin ideyası sadədir: Hər kəs ən azı bir dəfə tatami üzərinə çıxmağa və cüdonun tarixi və dəyərləri haqqında məlumat almağa dəvət olunur.

Azərbaycan Cüdo Federasiyası (ACF) rəsmi olaraq bu layihəyə qoşulduğunu elan edir.

Layihədə iştirak etmək üçün:

1. 28 oktyabrdan əvvəlki günlərdə klubunuzda açıq qapı günü keçirin. Peşəsindən, vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs tədbirə dəvətlidir

2. İştirakçılara cüdo idman növü, o cümlədən onun tarixi, dəyərləri və təhlükəsiz düşmə texnikası haqqında məlumat verin

3. İştirakçılara BCF-in rəsmi sertifikatını təqdim edin.

4. İştirakçılarla birgə şəkil çəkdirin və bizə göndərin.

 

ACF  hər birinizin layihələrimizdə iştirakını dərindən qiymətləndirir!

Əlavə məlumat üçün WP yazın +99451232 66 22 və əmin olun ki, gün ərzində sorğunuz cavablandırılacaq.

Müəllif: Natiq NƏSİROV