“Danışılası çox şey yoxdur”: Azər Məmmədov

ESTAFET/ “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 11-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

O, 0:4 hesabıyla uduzduqları matçı belə şərh edib:

"Danışılası çox şey yoxdur. Çünki bu cür məğlubiyyət imkan vermir ki, oyun haqqında çox nəsə danışasan. Uduzmuşuq, analiz etməliyik, baxmalıyıq harda səhv etmişik. Rəqib qələbəyə layiq idi, əsasən də ikinci hissədə”.

Müəllif: Orxan NOVRUZOV