“Qarabağ”ın oyununa biletlər sabahdan satışa çıxarılır

ESTAFET/ Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək “Qarabağ” - “Kəpəz” qarşılaşmasının biletləri sabah saat 12:00-dan iticket.az-da satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabahdan etibarən iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Müəllif: Orxan NOVRUZOV