AFFA və UEFA-nın təhsil layihəsinə start verilib

ESTAFET/ AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində “Baku Marriott Hotel Boulevard” hotelində "Elite Club Programme" təhsil layihəsinə start verilib.

Noyabrın 3-dək davam edəcək seminarda AFFA-nın, PFL-in və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edir. Üç sessiyadan ibarət proqramın 1-ci sessiyasında aşağıda qeyd olunan mövzular ətrafında seminar keçirilib:

İdarəetmə (dünya futbolunun təşkili; idarəetmə strukturu; qaydaların tənzimlənməsi və onlara əməl edilməsi);
Liderlik (liderlik üslubları, qərar vermə və problemin həlli bacarıqları; dəyişkən və yüksək stressli mühitdə idarəçilik);
Marketing (brendin yaradılması və inkişaf etdirilməsi; sponsporluq; azarkeşlərin cəlb edilməsi; tədbir marketingi və təşviq; rəqəmsal marketinq).
 
Qeyd edək ki, proqramın əsas məqsədi Premyer Liqa klublarının klub idarəçiliyi sahəsindəki biliklərinin artırılması və təkmilləşdirilməsidir. Layihə üç mərhələdən ibarət olacaq. Proqramın növbəti – ikinci sessiyası 5-10 dekabr tarixlərində Almaniyanın Frankfurt, üçüncü – sonuncu sessiyası isə 2024-cü ilin 7-9 fevral tarixlərində Bakı şəhərində keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV