Qadınlar və kişilər arasında Bakı şəhər çempionatı start götürdü

ESTAFET/ 2 noyabrda cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatının ilk yarış günü keçirilir.

Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 7 çəkidə 97 cüdoçu medallar uğrunda mübarizə aparacaq. 

Yarışın ilk günündə kişilər arasında 60, 73, 90 və +100 kq çəki dərəcələrində, qadınlar arasında isə 48, 57 və 70 kq çəki dərəcələrində qaliblər bəlli olacaq.

Müəllif: Natiq NƏSİROV