Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı

ESTAFET/ Afrikada 2023-cü ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Bu mükafata 30 oyunçu iddia edir.

Onlar arasında Riyad Mahrez (Əlcəzair), Məhəmməd Salah (Misir), Əşrəf Hakimi, Hakim Ziyeş, Yassin Bunu (hamısı Mərakeş), Vensan Abubakar (Kamerun), Viktor Osimhen (Nigeriya) və Sadio Mane (Seneqal) kimi tanınmış simalar da var.

Müəllif: Natiq NƏSİROV