"QARABAĞ"A 0-10 ÜÇÜN REVANŞ ŞANSI
ESTAFET/ Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Burada 10 vəsiqə uğrunda pley-off mübarizəsi aparacaq 20 komanda rəqiblərini tanıyıb.
Öz olkəsinin çempionu olan və olmayanlar qrupunun hər birində 5 cüt müəyyənləşib. Azərbaycanın ilk dəfə təmsil olunduğu bu mərhələdə "Qarabağ"ın da rəqibi bilinib. Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq çempionumuz ilk görüşü evdə keçirəcək.
Xatırladaq ki, danimarkalılar çempionumuz üçün yad rəqib deyil. Belə ki, 1998/99 mövsümündə ləğv edilmiş Kuboklar Kubokunda "Kopenhagen"lə qarşılaşan çempionumuz ağır məğlubiyyət almışdı - 0:6, 0:4.
Qeyd: Play-offda ilk oyunlar 15-16 avqust, cavab görüşləri 22-23 avqustda keçiriləcək.