KLASSİKLƏR İLK GÜN 1 BÜRÜNCLƏ KİFAYƏTLƏNDİLƏR: GDÇ-2017

ESTAFET/ Finlandiyanın Tampare şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Azərbaycanın da təmsil olunduğu mundialda bu gün 50, 60, 44 və 96 kq çəki dərəcələrindəki yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Təmsilçilərimizin görüşlərini və nəticələrini təqdim edirik.
50 kq: Zülfüqar Əliyev
1/8 final: Zülfüqar Əliyev - Ramaz Suliqava (GEO) 1:0
1/4 final: Zülfüqar Əliyev - Poya Dad Maraz (IRI) 2:6
Təsləlliverici: Zülfüqar Əliyev - Hayfenq Zhanq (CHN) 2:2*
60 kq: Kamran Mirzəliyev
1/16 final: Kamran Mirzəliyev - Seydulla Tazayev (TKM) 2:4 tuşe
74 kq: Nəsir Həsənov - Bürünc medal
1/16 final: Nəsir Həsənov - Krzistof Niklas (POL) 3:2
1/8 final: Nəsir Həsənov - Con Yits (CAN) 4:3
1/4 final: Nəsir Həsənov - Kamal Əmir bey (USA) 3:7
Təsləlliverici: Nəsir Həsənov - Karan Mosbax (GER) 13:9
Bürünc medal üçün: Nəsir Həsənov - Albin Olofsson (SWE) 10:1
96 kq: Tehran Əminzadə
1/16 final: Tehran Əminzadə - Kiril Milov (BUL) 1:2
