Azərbaycan güləş hakimliyi növbəti uğurlarına imza atıb

ESTAFET/ 26-30 iyulda Varşavada keçirilən "Poland Open" turnirində imtahandan uğurla keçən Zaur Şərifov birinci kateqoriyaya yüksəlib.
Milli dərəcəli hakim Kamran Baxışov isə U-15 Avropa çempionatında etimadı doğruldub.
6-9 iyun Macarıstanın Kaposvar şəhərində uğurlu idarəçilik edən həmyerlimiz beynəlxalq dərəcəli hakim statusu alıb və üçüncü kateqoriyaya sahib çıxıb.
