TİLSİM NƏ VAXT SINDIRILACAQ? MOSKVA QRAN PRİSİ
ESTAFET/ Taekvondo üzrə Qran-Pri seriyasından olan Moskva Qran Prisində artıq 3 gün arxada qalıb. Yığmamız isə aktivinə hələ ki medal yazdıra bilməyib.
Bu gün Moskvada daha 2 çəki dərəcəsində - qadınlarda 57 kq, kişilərdə isə 68 kqda qalib və mükafatçılar müəyyənləşib.
Təmsilçilərimizdən bu gün dayanq üzərinə Məhəmməd Məmmədov (68 kq) çıxıb. Məhəmməd 1/16 final qarşılaşmasında Böyük Britaniya təmsilçisi Peter Lonqobardini 7:5 hesabı ilə məğlub etsədə uğurun davamını gətirə bilməyib. Belə ki, o 1/8 finalda iordaniyalı Ahmad Abuqauş ilə döyüşdən 15:25 hesablı məğlubiyyətlə ayrılıb və mübarizəni dayandırıb.
Qran-Prində üçüncü günün qalib və mükafatçıları isə aşağıdakılardır:
Qadınlar 57 kq
1. Ah Reum Li (KOR)
2. So Hi Kim (KOR)
3. Karolena Karstens (PAN)
3. Rahile Asemani (BEL)
Kişilər 68 kq
1. Dae Hun Li (KOR)
2. Aleksey Denisenko (RUS)
3. Ahmad Abuqauş (JOR)
3. Kristian McNeyş (GBR)