Gəncə, Masallı və Lənkəran gimnastları Milli Gimnastika Arenasında hazırlıqda

Gəncə, Masallı və Lənkəran Olimpiya İdman Kompleksinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında təlim-məşq toplanışına start verib.

Noyabrın 25-nə kimi davam edəcək hazırlıqda əsas məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.

Məşqlərə Masallıdan 3, Lənkərandan 2 və Gəncədən 9 gimnast qatılıb.

Masallı və Lənkəran Olimpiya İdman Kompleksinin bədii gimnastika üzrə məşqçisi Mərsiyə Mustafazadə bildirib ki, rəhbərliyi altında 35 idmançı hazırlıq keçir: “Burada bizim üçün yüksək şərait yaradılıb. Belə təlim-məşq toplanışları idmançılarımızın təcrübələrini artırmaq üçün çox faydalıdır. Gənc gimnastlarımız indiyə kimi bir çox yarışlarda ölkəmizi təmsil ediblər. Masallı komandası ilə bir sıra təlim-məşq toplanışına qatılsaq da, Lənkəran gimnastları ilə Bakıya ilk dəfə hazırlığa gəlmişik”.

(İdman.biz)

Müəllif: Bəhruz MƏMMƏDOV