“Kəpəz”, “Qaradağ Lökbatan”, “Araz-Naxçıvan” və “Sumqayıt” növbəti mərhələdə

ESTAFET/ Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin görüşləri davam edir.

Bu gün artıq daha 4 matç keçirilib.

“Şahdağ Qusar”ı minimal hesabla üstələyən “Qaradağ Lökbatan” növbəti mərhələyə adlayıb. I Liqa təmsilçisi 1/8 finalda “Neftçi”yə rəqib olub. Premyer Liqa təmsilçisi “Kəpəz” isə II Liqanın lideri “Baku Sportinq”i əlavə vaxtda vurduğu qollarla üstələyə bilib. Qərb təmsilçisinin növbəti rəqibi “Sabah” olacaq.

Digər Premyer Liqa təmsilçilərinə gəlincə, “Araz-Naxçıvan” “Kür-Araz”a şans verməyərək 1/8-ə adlayıb. Azər Bağırovun komandasının növbəti mərhələdəki rəqibi “İrəvan” olacaq.

Bu günə "Lerik" - “Sumqayıt” matçı ilə yekun vurulub. Sumqayıt təmsilçisi də rəqibinə 6 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. Bu komandanı növbəti mərhələdə "Karvan"la duel gözləyir.

Mərhələyə sabah baş tutacaq 2 matçla (“Zaqatala” – Şamaxı” və “İmişli” – “Mingəçevir”) yekun vurulacaq.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

29 noyabr 2023

“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 0:1
Qol: Sultan Mustafayev, 60.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov
Şamaxı OİK stadionu.

“Kəpəz” – “Baku Sportinq” 2:0
Qollar: Nemət Musayev, 99, Martins Junior, 107.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Tovuz şəhər stadionu.

“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6
Qollar: Ramazan Abbasov, 52 – Məhəmməd Kadiri, 21, Nicat Süleymanov, 47, 87, 90+2. Orxan Əliyev, 65, 88.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev
“Dalğa Arena”.

“Lerik” – “Sumqayıt” 0:6
Qollar: Rövlan Muradov, 19. Sənan Muradlı, 41. Erik Sorqa, 54. Kamran Quliyev, 68; 80. Nihad Əhmədzadə, 77-pen.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov
“Kapital Bank Arena”.

Müəllif: Orxan NOVRUZOV