“Neftçi”dən çətin, “Sabah”dan asan qələbə

ESTAFET/ Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulacaq. Son gündə 2 görüş nəzərdə tutulub.

Əvvəlcə, “Sabah” “Səbail”i qəbul edib. Meydan sahibləri bu matçda darmadağına seviniblər.

“Neftçi” isə evdə “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Beş qolluq bu görüşdə də meydan sahibləri qələbə qazanıblar.

Daha öncə “Sumqayıt” “Qarabağ”a (1:6), “Qəbələ” “Kəpəz”ə (0:3) uduzub. “Zirə” - “Araz-Naxçıvan” matçı da qolsuz bitib.

Misli Premyer Liqası
16-cı tur

10 dekabr 2023

“Sabah” – “Səbail” 4:0
Qollar: Sofian Çakla, 8; 21. Jesse Sekidika, 28. Vensan Till, 59.
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev
“Bank Respublika Arena”, 15:00

Sabah: 55. Nicat Mehbalıyev, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 12. Vensan Till.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 53. Fəxri Məmmədli, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Məşqçi: Artur Olenin.
Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

“Neftçi” – “Turan Tovuz” 3:2
Qollar: Filip Ozobiç, 5. Rəhman Hacıyev, 56. Aaron Olanare, 73 – Roderik Miller, 8. Otto Con, 59.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
“Neftçi Arena”, 18:00

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 97. Sadiq Şəfiyev, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.

Müəllif: Natiq NƏSİROV