Bu gün “Qarabağ”ın play-off mərhələsindəki rəqibi bəlli olacaq

ESTAFET/ Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) play-off mərhələsindəki rəqibi bəlli olacaq.

AL-in play-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində başlayacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının 8 qrupunun birinciləri ilə birləşəcək.

Fevralın 15-i və 22-nə nəzərdə tutulan oyunlarda “Qarabağ”ın ilk matçı səfərdə baş tutacaq.

“Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Ukrayna).

Müəllif: Natiq NƏSİROV