“Qarabağ” – “Neftçi” matçı ilə bağlı dəyişiklik

ESTAFET/ Misli Premyer Liqasının sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun AFFA nümayəndəsi təyinatında dəyişiklik olub.

Qarşılaşmada Aslan Şahgəldiyevi Seymur Səlimli əvəz edəcək.

Xatırladaq ki, Peşəkar Futbol Liqasının vitse-prezidenti olan Aslan Şahgəldiyev ötən gün Xankəndiyə gedərkən avtomobil qəzasında digər PFL əməkdaşları ilə birgə ağır xəsarətlər alıb və bu üzdən əməliyyat olunub.

Müəllif: Natiq NƏSİROV