PFL-in qəzaya düşən iki əməkdaşı evə buraxılıb

ESTAFET/ Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) iki əməkdaşı xəstəxanadan evə buraxılıb.

Bu haqda PFL-in media və marketinq direktoru Sənan Abdullayev "Azərtac"a bildirib.

Qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasovun müalicəsi başa çatıb. Həkimlərin qərarına əsasən, onlar müalicələrini ev şəraitində davam etdirəcəklər.

S.Abdullayev bildirib ki, iki gün sonra onun özünün də evə buraxılacağı gözlənilir.

Qurumun prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin isə son durumu ilə bağlı yenilik yoxdur. Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Müəllif: Natiq NƏSİROV