Millimiz Niderlandla oyundan öncə Almeredə məşqə çıxdı

ESTAFET/ Bu gün səhər saatlarında Bakı-İstanbul-Amsterdam hava reysi ilə Niderlanda gedən futzal üzrə Azərbaycan millisi paytaxtdan avtobusla matçın keçiriləcəyi Almere şəhərinə yollanıb.

Zədəli Amadeu və sənədlərində problem olan Emil Həsənzadə komandadan kənarda qalıb.

Əvəzində Eduardo Borges və Mirzə Əmirov heyətə cəlb edilib. Edu sabahkı məşqdə iştirak edəcək. Komanda bu gün matçın keçiriləcəyi Almeredəki “Topsportcentrum Arena”da ilk məşqini edib.

Müəllif: Məsim MƏSİMZADƏ