Bu gün 1/4 finalın daha 2 iştirakçısı bəlli olacaq - Azərbaycan Kuboku

ESTAFET/ Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Bu gün daha iki görüş baş tutacaq.

“Səbail” doğma meydanda ötən mövsümü Premyer Liqada keçirmiş “Şamaxı”nı qəbul edəcək.

“Zirə” isə bir neçə gün öncə Premyer Liqa çərçivəsində səfərdə uduzduğu “Turan Tovuz”u bu dəfə kubok matçında, özü də evdə sınağa çəkəcək.

Xatırladaq ki, daha öncə “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” komandaları növbəti mərhələyə yüksəliblər. “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları sabah keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final 

20 dekabr 2023

“Səbail” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
“ASCO Arena”, 14:00.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu, 17:00.