ASTANADAN LİSENZİYASIZ VƏ MEDALSIZ
ESTAFET/ Bu gün Astanada (Qazaxstan) qadın boksçular arasında Dünya çempionatının 1/4 final görüşləri keçirilib. Çemionata 9 nəfərlik heyətlə gedən komandamızın qalan 3 üzvü - Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq) və Məryəm Cəbrayılova da bugünkü döyüşlərin nəticələrinə görə mübarizəni dayandırmalı olublar. Hər 3 boksçumuz müvafiq olaraq Bolqarıstan, Fransa və Çin idmançılarına eynihesablı məğlubiyyətdən qaça bilməyib - 0:3. Bununla da komandamız şempionatı lisenziyasız və medalsız tərk edib.
Xatırladaq ki, çempionatda 51, 60 və 75 kq çəki dərəcələrində yarımfinala çıxan boksçular Rio-2016 lisenziyalarına sahib olublar.