İlin son oyunu "NTD-İNDİQO" nun darmadağını ilə yekunlaşdı

24 dekabr Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 9 -cu turunun və ilin son oyunu baş tutub. "Şəki" yerli publika önündə, çempionatın liderlərindən sayılan "NTD-İNDİQO" klubunu qəbul edib.Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Xaçmaz təmsilçisi, yekunda 120-54 hesablı qələbə qazanıb. Bu qələbə ilə "NTD-İNDİQO", 17 xalla qış fasiləsinə şərikli lider kimi yollanıb. Ən məhsuldar basketbolçular: "Şəki" (Pol Dibal - 21 xal, 9 ribaund), "NTD-İNDİQO" (Brendon Yanqer - 28 xal, 4 asist)

Müəllif: Məsim MƏSİMZADƏ