FIFA agenti olmaq istəyənlər üçün imtahanın vaxtı açıqlandı

ESTAFET/ FIFA agenti olmaq istəyənlər üçün imtahanın vaxtı müəyyənləşib.

AFFA-nın mətbuat xidmətinin məlumatına görə, imtahanın 2024-cü ilin mayında keçirilməsi nəzərdə tutulur.

FIFA agenti olmaq istəyənlər yanvarın 9-dan etibarən qeydiyyatdan keçə biləcəklər. İmtahanın dəqiq tarixi və məkanı hələ bəlli deyil.

Müəllif: Məsim MƏSİMZADƏ