Əfsanəvi futbolçu vəfat etdi

ESTAFET/ Braziliya futbolunun əfsanələrindən olan Mario Zaqallo dünyasını dəyişib. 

Keçmiş hücumçu 92 yaşında vəfat edib. 

Zaqallo 4 dəfə Braziliya millisi ilə dünya çempionu olub. O, 1958, 1962-ci illərdə futbolçu, 1970, 1994-cü ildə isə baş məşqçi kimi mundialın qızıl medallarını qazanıb. 

Zaqallo 1970-74 və 1994-98-ci illərdə “sambaçılar”ın baş məşqçisi olub. O, müxtəlif illərdə Braziliya klublarında və bir sıra ərəb ölkələrində çalışıb.

Müəllif: Zaur HACIYEV