Millimiz Polşaya da uduzdu

ESTAFET/ 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxıb.

Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gəliblər.

Görüş millimizin 0:3 (10:25, 11:25, 11:25) hesablı məğlubiyyəti ilə başa çatıb. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya da eyni hesabla uduzmuşdu.

Bu gün başa çatan yarış AÇ-2024-ə seçmə xarakter daşıyırdı. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV