"SƏBAİL"İN MƏTBUAT KATİBİ TÖRƏ ƏHMƏDOVA OLDU
ESTAFET/ Bu mövsümdən TPL-də çıxış edəcək debütant "Səbail"də Müşahidə Şurasının iclası zamanı bir sıra dəyişikliklər edilib. Belə ki, klubun Mətbuat katibi Firuz Abdulla Müşahidə Şurasına üzv seçildiyindən bu vəzifəyə yeni təyinat olub. Bundan sonra klubun mətbuat xidmətinin yeni rəhbəri vəzifəsini AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Törə xanım Əhmədova daşıyacaq.
Törə xanımla tanışlığımız yaxın keçmişə dayansa da, onda gördüyüm ciddi, dəqiq və peşəkar yanaşma çox xoş təsir bağılayıb. Bu üzdən əminliklə deyə bilərik ki, "Səbail"in bəxti gətirib. Kluba və Törə xanıma uğurlar arzu edirik!
Natiq Nəsirov