Bakı gimnastika üzrə üç Dünya Kubokuna ev sahibliyi edəcək

ESTAFET/ Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin xəbərinə görə, 2024-cü ilin ilk mötəbər turniri fevralın 23-25-də batut gimnastikası və tamblinq üzrə olacaq.
Yarış Milli Gimnastika Arenasında keçiriləcək. Həmin məkan martın 7-10-da idman gimnastikası, aprelin 19-21-də isə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
