İdman Akademiyasında anım tədbiri keçirilib

20 Yanvar - Ümumxalq Hüzn Gününün 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözüylə çıxış edən Akademiyanın Sosial məsələlər, Tələbə-gənclərlə iş və İctimaiyyətlə əlaqələr üzrə prorektoru Almaz Ələkbərova 20 Yanvar və ondan əvvəl baş vermiş faciəli hadisələrin xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu bildirib.
Akademik heyətin 20 Yanvar - Ümumxalq Hüzn Günü və 44 günlük tarixi qələbə haqqında silsilə çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
