Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
- ARAZ ABDULLAYEV "ANORTOSİS"DƏ
ARAZ ABDULLAYEV "ANORTOSİS"DƏ

ESTAFET/ Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin Kiprin "Anortosis" klubuna keçidi rəsmiləşib. Yarımmüdafiəçi icarə əsasında ada ölkəsində oynayacaq.

"Anortosis" həmyerlimizi müqavilə ilə məxsus olduğu "Qəbələ"dən 1 illik icarəyə götürüb. Bu barədə Famaqusta təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Artıq futbolçumuz yeni klubu ilə 1 illik icarə müqaviləsinə imza atıb.

Qeyd edək ki, Araz "Qəbələ"yə bu il transfer olunmuşdu. 25 yaşlı yarımmüdafiəçi karyerasının böyük hissəsini yetirməsi olduğu "Neftçi"də keçirib.

 

Mənbə: APASport