Afrika Kubokunun bürünc mükafatçısı bəlli oldu

ESTAFET/ Cənubi Afrika Respublikasının (CAR) futbol millisi Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda qarşılaşmada Konqo Demokratik Respublikasına qalib gəlib.  

Kot-d İvuarda keçirilən turnirin bürünc medal uğrunda qarşılaşmasının əsas və əlavə vaxtı qolsuz bitib. Penaltilər seriyasında isə Cənubi Afrika futbolçuları daha güclü olub - 6:5.  

Afrika Millətlər Kuboku fevralın 11-də Kot-d İvuar və Nigeriya milli komandaları arasında keçiriləcək final oyunu ilə başa çatacaq.

Müəllif: Zaur HACIYEV