KARATEÇİLƏRİMİZ URMİYƏDƏ 13 MEDAL QAZANIBLAR
ESTAFET/ Karateçilərimiz İranının Urmiyə şəhərində kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirini 4 qızıl, 5 gümüş, 4 bürünc olmaqla 13 medalla başa vurublar.
14-15 yaşlı yeniyetmələrdən Tale Yaqubov (57 kq) qızıl medala, Hüseyn Hüseynzadə, Sultan Hüseynov gümüş, Hüseyn Məmmədli isə bürünc mükafata sahib olub. 16-17 yaşlı gənclərdə Hümmət Baxşəliyev (61 kq) birinci yeri, Müseyib Məmmədov (55 kq) ikinci pilləni, Kənan Mir Pənah (kata), və Murad Balakişiyev (76 kq) isə üçüncü sıranı tutub.
Böyüklərin yarışında Roman Heydərli (kata) çempion olub, Rafiz Həsənov (67 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Komanda çıxışlarında Şahin Atamov, Əli Cəfərov, Rafiz Həsənov, Novruz Əliyev, Pənah Abdullayev, Turqut Həsənov və Məhəmməd İsmayılovdan ibarət heyət yalnız İranın birinci komadasına məğlub olaraq gümüş medallara sahib olublar. Emil Güləhmədov, Murad Hacızadə, Oxan Əhədov, Samir İbrahimov, Elcan Məmmədrzayev, Ruslan Əhmədov və Hüseyn Əliyevdən ibarət ikinci komandamız isə Türkiyə komandası ilə birgə bürünc medal əldə edib.
Urmiyə şəhərində kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirində 13 ölkədən 312 idmançı mübarizə aparıb.