Milli komandamızın üzvü Kseniya Voronina 2-ci yeri tutdu

Fevralın 24-ü Misirin Şarm əl-Şeyx şəhərində Yeniyetmələrin Afrika kuboku keçirildi. İdmançılar sprint məsafəsində (750 m üzgüçülük, 20 km velosiped, 5 km qsçış) yarışdılar.

Milli komandamızın üzvü Kseniya Voronina 9 idmançı arasında 2-ci yeri tutdu.

Yığmanın digər üzvü Əsgər Yaşar isə 14 iştirakçı arasında 9-cu oldu. Qeyd edək ki, bu idmançının beynəlxalq yarışlarda ilk çıxışı idi.

Müəllif: Bəhruz MƏMMƏDOV