"Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub

Martın 10-da Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub.

Turnirin ikinci günündə öncədən qeydiyyatdan keçən 11 ölkənin 55 idmançısı vertikal yürüş üzrə yüksək nəticə uğrunda mübarizə aparıblar.
Yarışın ikinci gününün nəticələri:

U-18

Qadınlar arasında

I yer – Helena Eurenger (Almaniya)
II yer – Eva Sophie (Austriya)
III yer – Ekin Aydoğdu  (Türkiyə)

Kişilər arasında

I yer – Morits Bauregger (Almaniya)
II yer – Adria İsal Garcia (Andora)
III yer – Simon Widmoser (Austriya)

U-20

Kişilər arasında

I yer – David Jost (Almaniya)
II yer –Emirhan Kars (Türkiyə)
III yer – Methsy Nogueras (Fransa)

U23

Qadınlar arasında

I yer – Nikola Matkova (Slavakia)
II yer – Marzieh Beha (İran)
III yer – Nəzrin Qəribova (Azərbaycan )

U23

Kişilər arasında

I yer –Jakub Siarnik (Slavakiya)
II yer – Nikola Kalistrin (Bolqariya)
III yer – Andreas Mayer(Avstriya)

Yarışın ikinci gününün qalibləri Qış İdman Növləri Federasiyası və“Şahdağ” Turizm Mərkəzi tərəfindən medallarla təltif olunub, müxtəlif hədiyyələr təqdim edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV