Beynəlxalq turnirdə ilk iki pillədə idmançılarımız yer alıb

ESTAFET/ Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirdə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında ilk iki pillədə idmançılarımız yer alıb.
Atletlərimiz Nigar Nəsirova və Ruslan Lunyov tandemi qızıl medal, Xanna Əliyeva və Elvin Astanov isə 2-ci yeri tutaraq gümüş medal qazanıblar.
Turnir martın 24-də başa çatacaq.
