Alpaqut döyüş sənəti üzrə Respublika kuboku keçiriləcək

Abşeron Olimpiya İdman Komleksində Alpaqut döyüş sənəti üzrə Respublika kuboku keçiriləcək.

Bu barədə Azərbaycan Alpaqut Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yarış 2014-cü il 13-14 aprel tarixində baş tutacaq.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasnın birgə təşkilatçılığı ilə keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV