Savat milli komandası beynəlxalq yarışda 4 medal qazandı

İtaliyanın Cenova şəhərində savat idman növünün assault və precombat növü üzrə beynəlxalq turnir keçirilib. Federasiyanın Milli yığma komandası 4 idmançı ilə təmsil olunub.Savatın milli yığma komandasının gənclərdən və kadet idmançılardan ibarət heyəti bu yarışa da yığmanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında gedib.Nəticədə Azərbaycan Savat Millisi  ölkəmizə 3 qızıl,1 gümüş medal qazandırıb.

Qeyd edək ki, beynəlxalq turnirdən qazanılan ümumi medalların sayına görə  ev sahibi olan İtaliya millisindən sonra gümüş kubokun sahibi olaraq 2-ci yerə layiq görülmüşdür.

Yasin İbrahimov - Qızıl ( 56kq)

Məhəmməd Məmmədli - Qızıl (48kq)

Raul Hüseynzadə - Qızıl (30kq)

Nihat Quliyev - Gümüş (60kq)

Müəllif: Bəhruz MƏMMƏDOV