Azərbaycan idmanı tarixində ilk

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

Yığma final oyununda Polşa seçməsi ilə qarşılaşıb. Qızlarımız əlavə vaxta gedən final oyununda Polşa millisinə 18-17 hesabı ilə qalib gələrək, Paris-2024 Olimpiadasına vəsiqə qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın komanda idman növləri tarixində bir ilkdir.

Müəllif: Məsim MƏSİMZADƏ