"UEFA gəlirlərin 97%-ni futbola qaytarır”: Çeferin

ESTAFET/ Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Avropa Super Liqası layihəsi haqqında danışıb.
Çeferinin bu barədə fikirlərini təqdim edirik:
“Ona demək olar ki, xitam verilib. Bu rəqabət heç kimə gərək deyil. Futbol o qədər güclüdür ki, insanlar onu sevirlər və hər kəs yüksək səviyyəli yarışlarda oynamaq arzusundadır. Görün, əslində Superliqa olan Avroliqa basketbolu necə məhv etdi. Yarışlar açıq olmalıdırlar. Gəlirlərin 93,5%-ni klublara qaytarırıq. UEFA isə gəlirlərin 97%-ni futbola qaytarır”.
