Atıcılarımız Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

ESTAFET/ Azərbaycan atıcıları Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinin məlumatına görə, səngər stendi (trap) komandasının üzvləri Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev yarışda qüvvələrini sınayacaqlar.

Bu gün startı veriləcək stend atıcılığı üzrə Olimpiya Təsnifat Çempionatı aprelin 29-dək davam edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV