Raman Saleydən növbəti medal!

Para-üzgüçümüz Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə 100 metr məsafəyə kəpənək üzmə üsulunda finalda finişə ikinci çataraq gümüş medal qazanıb.

Qeyd edək ki, idmançımız çempionatın birinci günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl medal qazanmışdı.

Müəllif: Bəhruz MƏMMƏDOV