Əliyev AÇ-də finala vəsiqə qazandı

ESTAFET/ Azərbaycanın daha bir parabadmintonçusu İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

İdmançı kişilərin qoşa yarışında SU-5 kateqoriyasında buna nali olub.

O, polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada İspaniya təmsilçiləri Manuel Qarsiya-Pablo Serrano qoşasına 2:0 (21-16,21-16) hesabı ilə qalib gəlib.

Daha öncə digər parabadmintonçu Zəhra Salmanlı qitə çempionatında finala adlayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV