Para-badmintonçumuz daha bir beynəlxalq turnirdə mübarizəyə başlayıb
Para-badminton idman növü üzrə milli komandamızın lideri İbrahim Əliyev İspaniyanın Toledo şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edir.
Yarış aprelin 27-dək davam edəcək.
Qeyd edək ki, baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında turnirdə çıxış edən İbrahim Əliyev üç gün əvvəl İspaniyanın Vitoriya-Qasteys şəhərindəki beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.