Azərbaycanlı taekvondo hakimi beynəlxalq turnirin ən yaxşısı seçilib

Azərbaycanlı hakim Aygül Abdullayeva Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Prezident Kubokunda fərqlənib.

Beynəlxalq dərəcəli referi yarışın ən yaxşı ədalət təmsilçisi seçilib.

Qeyd edək ki, Azərbaycan millisi Prezident Kubokunda 2 qızıl, 4 gümüş, 6 bürünc olmaqla, ümumilikdə 12 medal qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV